2016-12-09 09:55

“Qəbələ” qrup mərhələsini xalsız başa vurdu

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.

LiderXeber.az xəbər verir ki, Azərbaycanın "Qəbələ” klubu səfərdə Almaniyanın "Maynts” komandasına 2:0 hesabı ilə məğlub olub.

"Maynts”ın heyətində Aleksandr Hek və Pablo De Blasis müvafiq olaraq 29 və 40-cı dəqiqələrdə fərqləniblər. 

Bununla da, Roman Qriqorçukun yetirmələri qrup mərhələrisini xalsız baş vurublar.

Bu qrupun digər qarşılaşmasında Belçikanın "Anderlext” klubu doğma meydanda Fransanın "Sent Etyen” komandasına 2:3 hesabı ilə uduzub. 

C qrupundan play-off mərhələsinə "Sent-Etyen” və "Anderlext” komandaları vəsiqə qazanıblar.

Günay Cəfrova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı