2016-12-09 09:43

Buzlu yollarda qəzaya düşməmək üçün məsləhət - VİDEO

Qarlı havada qəzaya düşməməyin yolu.

Səhər saatlarından başlayan qar yollarda avtomobillərin hərəkətini çətinləşdirir və qəzalara səbəb olur. Belə qəzalardan qorunmaq üçün mütəxəssislərin sürücülərə məsləhəti var. Qarın çox yağdığı bölgələrdə sürücülər zəncirdən istifadə etməlidirlər ki, onlarında qiymətini və istifadə qayadasını növbəti sujetdən biləcəksiniz.

Mütəxəssislə xəbərdarlıq edir, qış təkərləri ilə təchiz edilməyən, təkərlərinin protektorları 3 millimetrdən az olan və ABS, ESP kimi təhlükəsizlik sistemləri olmayan avtomobillərin yollara çıxarılmamasını məsləhət görürlər.

Bir çox sürücü elə düşünür ki, təkərlərinin havası az olduqda avtomobil daha az sürüşür. Ekspertlər isə bildirir ki, əksinə təkərin havası az olduqda sürüşmə məsafəsi artır. Buzlu havada yoxuşu düşməyin də xüsusi qaydası var.

Qarlı havada ara məsafəsi də çox olmalıdır. Lakin yolda həddindən çox qar varsa zəncirlərdən istifadə etmək lazımdır.

Belə zəncirləri sürücülər özləri də rahatlıqla avtomobilə taxa bilərlər.

Yol polisinin xəbərdarlığında deyilir ki, qarlı günlərdə sürücülər şəxsi minik avtomobillərindən mümkün qədər az istifadə etsələr yaxşıdır.

LiderXeber.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı