2016-12-08 16:51

Milli Məclis büdcə müzakirələrini yekunlaşdırdı

Milli Məclisin plenar iclası başa çatıb.

Milli Məclisin plenar iclası başa çatıb.

LiderXeber.az Sputnik-ə istinadən xəbər verir ki, iclasda "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, Milli Məclisin 2017-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası müzakirə edilib.

Qeyd edək ki, büdcə zərfinə daxil olan layihələrə bağlı təkliflərlə baxmaq üçün hökumətə dekabrın 16-dək vaxt verilib. 

Parlamentin növbəti plenar iclası dekabrın 16-da keçiriləcək. Büdcə zərfinin dekabrın 16-da təsdiqlənməsi gözlənilir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı