2016-12-08 15:12

Qar dərsə davamiyyətə təsir etməyib - Rəsmi

"Tədris prosesi əvvəlki qaydada davam etdirilir"

Bakı Şəhəri üzrə Təhsil İdarəsi qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar ümumtəhsil məktəblərindəki şagirdlərin dərsə davamiyyəti ilə bağlı məlumat açıqlayıb.

Tədris İdarəsindən LiderXeber.az-a verilən məlumata görə, dərsə davamiyyətlə bağlı ciddi problem qeydə alınmayıb.

"Tədris prosesi əvvəlki qaydada davam etdirilir",-deyə bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Bakı ərazisində qarlı və şaxtalı hava şəraiti hökm sürür.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı