2016-12-08 10:00

Qar Bakıdan uçuşlara necə təsir edib? - Açıqlama

"Qarlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınmasında heç bir problem yoxdur”.

LiderXeber.az xəbər verir ki, bu barədə AzVision.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

"Narahatçılığa əsas yoxdur. Uçuşlar qrafik üzrə həyata keçirilir. Heç bir gecikmə-ləngimə hadisəsi qeydə alınmayıb”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı