2016-12-07 16:14

Hətta bir yuxusuz gecə...

Uzun müddət ərzində yuxu ilə problemləri olan insanlarda immun sistemi zəifləyir, depressiyanın və bir çox xəstəliklərin riski artır.

Lakin əvvəllər belə hesab olunurdu ki, 1-2 yuxusuz gecə insan sağlamlığına ciddi ziyan vurmur.  Son araşdırma göstərib ki, bu belə deyil. Hətta 1-2 yuxusuz gecə insan sağlamlığına zərər yetirə bilər.

LiderXeber.az xəbər verir ki, Almaniyanın Bonn Universitetində maraqlı eksperiment aparılıb. Gün ərzində 3 saat yatan 20 insan bir neçə analiz və müayinələrdən keçib. Nəticədə məlum olub ki, hətta 1 yuxusuz gecə təzyiqin, nəbzin və həmçinin qanda stress hormonlarının artmasına səbəb olub.

Bunlar birdə sübut edir ki, normal gecə yuxusu insan sağlamlığı üçün çox vacibdir. Alimlər gecə 6-8  saat yatmağı tövsiyə edirlər.

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı