2016-12-07 17:54

Sızanaqlardan xilas olmağın ən asan yolu

Yeniyetməliyin əsas əlaməti hesab edilən sızanaqlardan artıq ev şəraitində də qurtulmaq mümkündür.

Yeniyetməliyin əsas əlaməti hesab edilən sızanaqlardan artıq ev şəraitində də qurtulmaq mümkündür.

LiderXeber.az xəbər verir ki, evdə hazırlanan aspirin maskası ilə komplekslərdən asanlıqla qurtulmaq olar.

Kosmetoloqlar bildirir ki, bu maska üzdəki sızanaqları, qara nöqtələri azaldır və məsamələri sıxlaşdırır.

Maskanın hazırlanması üçün sadəcə 4 aspirin ,1 qaşıq su və 1 çay qaşığı bal lazımdır. Maskanın hazırlanmasına gəlincə, suda həll olan aspirinə bal qatılaraq göz ətrafından başqa bütün üz nahiyəsinə çəkilir və 15 dəqiqə üzdə saxlanır. Sonda üz ilıq su ilə yuyulur.

Kosmetoloqların sözlərinə görə, prosedur həftədə 2 dəfə təkrar edildikdə istənilən nəticəni əldə etmək mümkündür.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı