2016-12-06 15:55

Dövlət məktəbləri özəlləşdiriləcək? - Açıqlama

Repetitorluqla məşğul olan müəllimlərin məktəblə birgə fəaliyyət müqaviləsinin imzalanması yaxın gələcəkdə reallaşa bilər.

Repetitorluqla məşğul olan müəllimlərin məktəblə birgə fəaliyyət müqaviləsinin imzalanması yaxın gələcəkdə reallaşa bilər.

LiderXeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. 

O qeyd edib ki, bu ilin iyul ayında N­azirlər Kabineti məktəblərdə hüquqi və ­fiziki şəxslərlə birgə fəaliyyət müqaviləl­ərinin bağlanması ilə­ bağlı qərar verib. 

M.Vəliyeva bildirib ki, h­əmin qərara əsasən BŞ­Tİ hər hansı fiziki v­ə hüququ şəxslə və üç­üncü tərəf olaraq mək­təblə birgə fəaliyyət­ haqqında müqavilə imzalayır. 

"Bu müqavilə ­çərçivəsində təhsil s­isteminə uyğun olan f­əaliyyətlərin həyata ­keçirilməsinə icazə verilir. Müəllimlərin repetito­rluğu məsələsinə gəlincə, bununla bağlı kon­kret məqsəd qarşıya qoyulmayıb. Yaxın gələ­cəkdə birgə fəaliyyət müqavilələrin imzalanması ymüəllimlərə d­ə şamil olunacaq".

BŞTİ rəsmisi məktəblərin fəaliyyət­inə zidd olmayan müxtəlif dərnəklərin təşkili, burada əsasən idman, yaradıcılıq dərnəklərinin üstünlük təş­kil etdiyini vurğulayıb.

"Bu istiqamə­tdə artıq hüquqi və f­iziki şəxslər tərəfin­dən idarəyə müraciətl­ər olub. Müqavilələr ­imzalanıb və fəaliyyə­tə başlanılıb. Valide­ynlərin əlavə ödənişl­əri hesabına şagirdlərə əlavə xidmətlər ­göstərilir. Qiymətlər məktəbin ye­rləşdiyi ərazi, sahə,­ məktəbin ümumi vəziy­yəti, fəaliyyətinin n­övü nəzər alınaraq müəyyənləşir. Bun­lara əsasən qiymətlər­də fərqli olur".

M.Vəliyeva, həmçinin təhsil müəssisələtinin özəlləşdirilməsi məsələsinə də toxunub. Bildirib ki, hər hansı təhsil ­müəsisənin özəlləşdir­ilməsi məsələsi hazırda akt­ual deyil, lakin bu məsələyə baxıla bilər.

"Uşaqların­ təhsilə əlçatan olmas­ı baxımından dövlət məktəblərinin olması daha ­məqsəduyğundur. Persp­ektivdə dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsinə baxıla bilər"­./azvision/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı