2016-12-06 14:55

Təhsil Nazirliyindən Məleykə Abbaszadəyə cavab

“Həm 9, həm də 11-ci siniflərdə verilən təhsil sənədlərinin attestat adlandırılması dünya praktikasına uyğundur”.

"Həm 9, həm də 11-ci siniflərdə verilən təhsil sənədlərinin attestat adlandırılması dünya praktikasına uyğundur”.

LiderXeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O qeyd edib ki, yeni attestat formlarında buraxılış və illik qiymətlərin göstərilməsinə imkan yaradılıb. 

"Hesab edirik ki, bu sənəd daha ətraflı məlumat verməyə zəmin yaradır. Təhsil sənədlərinin verilməsi ilə bağlı digər dəyişikliklər ondan ibarətdir ki, yalnız "bu və ya digər fənni keçmisiniz və o fəndən qiymətiniz necədir?” sualından başqa sizin təmayüllü, yaxud adi sinif keçdiyiniz və ona ayrılmış saatlar barədə məlumatlar göstərilir. Bu da daha ətraflı müəyyənləşdirməyə imkan verir”.

C. Bayramov Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri Məleykə Abbaszadənin Azərbaycanda 30 faiz şagirdin 9-cu sinfi bitirdikdən sonra əməyə yönəlməsi və X, XI sinflərə keçməməsi haqda fikirlərinə münasibət bildirib. 

Nazirlik rəsmisi qeyd edib ki, hazırda icbari təhsil ümumi orta təhsil səviyyəsində, yəni 9-cu sinifdə başa çatır. "9-cu sinifdən sonra bəzi şagirdlər ali təhsil almaq üçün 10-11-ci siniflərə, bəziləri isə peşə müəssisələrinə üz tuturlar. Eyni zamanda, bəzi ixtisaslar üzrə də 9-cu sinif bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul həyata keçirilir. Lakin elə şagirdlər də var ki, ümumiyyətlə təhsillərini davam etdirmirlər”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı