2016-12-06 11:08

Rusiya Azərbaycanda 26 layihə reallaşdırmağa hazırlaşır

Rusiyanın ixrac mərkəzi SC Azərbaycanda ümumi dəyəri 85 milyon dollar olan 26 layihənin reallaşdırılmasını planlaşdırır.

Rusiyanın ixrac mərkəzi SC Azərbaycanda ümumi dəyəri 85 milyon dollar olan 26 layihənin reallaşdırılmasını planlaşdırır.

LiderXeber.az xəbər verir ki, bunu Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Frakdov təşkilatın iclasında bildirib.

Onun sözlərinə görə, "Rusiyanın ixrac mərkəzi" Azərbaycanda ümumi dəyəri 460 milyon dollar olan 12 layihəyə dəstək verib: "Bu layihələr nəqliyyat, elektronika, əczaçılıq, metallurgiya, ASK və digər sahələri əhatə edib. Hazırda 86 layihə də müzakirə olunur və onların ümumi dəyəri 85 mln. dollar təşkil edir. "Rusiyanın ixrac mərkəzi" maddi dəstəklə yanaşı, qeyri-maddi dəstək də verir".

Sədr qeyd edib ki, hazırda Rusiya Azərbaycanın ticarət dövriyyəsində 3-cü yeri tutur: "Bununla yanaşı, Rusiya Azərbaycana ən çox məhsul ixrac edən ölkədir. Üstəlik, ixracın strukturu ciddi diversifikasiya olunub. Belə ki, Azərbaycanın Rusiyada idxal etdiyi məhsulların 98,5%-i qeyri-neft məhsullarıdır".

P. Fradkov qeyd edib ki, hər iki ölkənin milli valyutalarının məzənnələrinin zəifləməsi ticarət dövriyyəsinin həcminə neqativ təsir edib./apa/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı