2016-12-06 10:16

Tikinti materialları bazarında yanğın oldu

Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gün Bərdə rayonu, Qasımbəyli kəndində tikinti materiallarının satışı bazarının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 276 kv.m olan taxta satışı talvarının yanar konstruksiyaları 77 kv.m sahədə və talvarın altına yığılmış taxta qırıntıları yanıb.

FHN-in mətbuat xidmətindən LiderXeber.az-a verilən məlumata görə, talvarın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı