2016-12-05 11:40

Azərbaycanda taksilərə qadağa qoyuldu

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Azərbaycanda taksilərə ayrılan duracaq yerlərindən kənarda sifariş qəbul etmələri qadağan edilir.

LiderXeber.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirə edilib. 

Məcəlləyə əlavə edilən 322.0.8 maddəsinə görə, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir və buna görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir. 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı