2016-12-05 10:35

"WhatsApp” bu telefonlarda işləməyəcək - Siyahı

Androidlərin köhnə versiyalarına "WhatsApp” dəstəyi verilməyəcək.

Androidlərin köhnə versiyalarına "WhatsApp” dəstəyi verilməyəcək.

LiderXeber.az xəbər verir ki, sosial media nəhəngi olan Facebook-un sahibi olduğu "WhatsApp” artıq "iOS6”, "Windows Phone 7”, "Android 2.1” və "Androis 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək.

Bildirilib ki, yenilənmiş "WhatsApp” həmin proqramlarla təmin edilmiş telefonlarla uyğunlaşmır. Və 2016-cı ilin sonunda yuxarıda qeyd edilən proqram təminatlı mobil cihazlardan "WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

Bundan başqa 2017-ci ilin ortalarınadək "BBOS” və "BlackBerry 10” proqram təminatlı cihazlardan "WhatsApp”a giriş mümkünsüz olacaq./Lent.az/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı