2016-12-05 09:45

İmam Rzanın (ə) çətin vəziyyətin aradan qaldırılması üçün tövsiyə etdiyi namaz

İmam Rzanın ən çətin dünyəvi problemlərin aradan aparılması üçün tövsiyə etdiyi iki rəkətli namaz

İmam Rzanın ən çətin dünyəvi problemlərin aradan aparılması üçün tövsiyə etdiyi iki rəkətli namaz

Namaza ərəb dilində Səlat deyilir. Kəlmənin hərfi tərcüməsi dua etmək. terminoloji və fiqhi tərcüəsi isə qılınan vacib və müstəhəb namazlara deyilir. Vacib namazlar insanların boynunda olan öhdəlikdir. Müstəhəb namazlar isə dua xarakterlidir. əslində namazın əməlləri və sözləri də duaları və münacatları ehtiva edir.

 

Çətinliklər və problemlər insanları Allah dərgahına sürükləyən amillərdir. İnsan çətin vəziyyətlərdə  problemlərin həlli üçün dua edə və namaz qıla bilər. Hətta bu əməl tövsiyə edilib. İmam Rzadan nəql edilən hədisdə çətin durumlarla qarşılaşan zaman qılınan iki rətəkli namazın keyfiyyəti belə açıqlanır:

 

"Əgər sizə bir çətinlik üz versə və size narahat etsə iki rəkət namaz qılın! Birinci rəkətdə Fatihə və Ayətul-Kursi, ikinci rəkətdə isə Fatihə və Qədr surəsini oxuyun! Namazdan sonra Quranı başınıza qoyun və 10 dəfə deyin: Allahummə bi-həqqi mən ərsəltəhu ila xəlqikə və bihəqqi kulli ayətin və bihəqqi kulli mən mədəhtəhu fihi ələykə və bihəqqikə ələyhi və la tərifu əhədən ərəfu bihəqqikə minkə”. Bundan sonra 10 dəfə de: Ya Seyyidi Ya Allah, Bihəqqi Muhəmməd, Bihəqqi Əli, Bihəqqi Fatimə, Bihəqqil-Həsən, Bihəqqil-Hüseyn… (və beləcə imamların bütününün adlarını) . Yerindən durmamış hacətin qəbul olar”


Günay Cəfərova


LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı