2016-12-05 09:37

Bakı Ermənistana silah daşıyan təyyarəni geri qaytardı - İnsident

Azərbaycan Ermənistana uçan Rusiyaya məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb.

Azərbaycan Ermənistana uçan Rusiyaya məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb.

LiderXeber.az Modern.az-a istinadən xəbər verir ki, təyyarə pilotun danışıqları internetdə yerləşdirilib.

"Yerevana kimi uça bilmirik. Azərbaycan buraxmır. Uçuş qadağan olunub”-deyə dispetçer səs yazısında deyir.

Sonradan ekipaja geriyə - Soçidəki hərbi aerodroma qayıtmaq əmr olunub. Gecə saatlarında təyyarə Soçidə eniş edib.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı