2016-12-05 09:21

Şəki və Qubada yanğın baş verdi

Şəki və Qubada yanğın hadisəsi baş verib.

Şəki və Qubada yanğın hadisəsi baş verib.

FHN-in mətbuat xidmətindən LiderXeber.az-a verilən məlumata görə, Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 153 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının və çardağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba rayonunun Zərdabi qəsəbəsində isə vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı kürsülü evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı