2016-12-03 11:12

Kombilərin qaz sərfiyyatını necə azaldaq? - VİDEO

Əhalinin əksəriyyəti payızda kombinin qaz sərfiyyatına görə ödədiyi məbləği elə qış vaxtı da ödəyir.

Əhalinin əksəriyyəti payızda kombinin qaz sərfiyyatına görə ödədiyi məbləği elə qış vaxtı da ödəyir. Yəni məbləğdə ciddi bir dəyişiklik olmur. Ustaların dediyinə görə, vətəndaşlar kombi cihazından düzgün istifadəni bilmir.

Mütəxəssilərin sözlərinə görə, dərəcənin aşağı qoyulması qaz sərfiyyatının az olması demək deyil. Kombinin dərəcəsini açıq havaya uyğun seçmək lazımdır. Əgər bu düzgün seçilərsə qaz sərfiyyatı bütün aylar üçün eyni olar. Tövsiyələrə əməl edildikdə mavi yanacağa ən azı 30 % qənaət etmək olar.

Bir neçə ildir kombilərin quraşdırılması ilə məşğul olan Elşən Rufullayev deyir ki, bu cihazın harda və necə, hansı usta tərəfindən quraşdırılmasından da çox aslıdır.

LiderXeber.az xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir:



Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı