2016-12-02 10:38

Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı - Açıqlama

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı.

Azərbaycanın Müdafiə Nazirliyi ötən gecə cəbhə xəttində vəziyyətin gərginləşməsi, bir neçə erməni əsgərin yaralanması haqda yayılan məlumatlara münasibət bildirib.

LiderXeber.az-ın xəbərinə görə, Müdafiə Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır: "Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.

Qeyd edək ki, Ermənstan Müdafiə Nazirliyi noyabrın 30-da cəbhədə baş verən atışmada üç hərbçisininin yaralandığı barədə məlumat yayıb.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı