2016-12-02 10:02

“Eurovision-2017”-nin keçiriləcəyi tarix açıqlanıb

“Eurovision-2017” mahnı müsabiqəsinin keçiriləcəyi tarix bəlli olub.

"Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.

LiderXeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə müsabiqənin təşkilatçısı olan "UA:Birinci” Ukrayna milli telekanalının mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, "Eurovision-2016” müsabiqəsinin qalibi "1944” mahnısı ilə ukraynalı müğənni Camala olub. 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı