2016-12-01 15:13

Dəm qazından zəhərlənənlərin sayı artıb

Noyabr ayı ərzində Azərbaycanda dəm qazından zəhərlənmə ilə bağlı xəstəxanaya daxil olan müraciətlərin sayı artıb.

LiderXeber.az xəbər verir ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, ötən ay dəm qazından zəhərlənmə ilə bağlı 38 müraciət daxil olub və onlardan 20-si xəstəxanaya qəbul edilib. 

Xəstələrdən 6-sı uşaq olub: 

"Xəstələrin hamısı lazımi tibbi yardım göstərilərək evə buraxılıb, ölüm halı olmayıb. Bu ilin noyabr ayında daxil olan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. Havaların soyuq keçməsi ilə əlaqədar olaraq bu ay ərzində də dəm qazından zəhərlənənlərin sayının artacağını gözləyirik".

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı