2016-12-01 11:19

“Nardaran hadisələri” ilə bağlı növbəti məhkəmə başlayır

“Nardaran hadisələri” ilə bağlı saxlanılan daha 12 nəfərin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

"Nardaran hadisələri” ilə bağlı saxlanılan daha 12 nəfərin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

LiderXeber.az-ın verdiyi xəbərə görə, bu barədə vəkil Fariz Namazlı məlumat verib.

O bildirib ki, həmin şəxslər barəsində aparılan cinayət işi üzrə istintaq tamamlanıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Elçin Qasımov Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Ağa-Əli Yəhyayev 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 ve 315.2-ci maddələri, Nahid Qəhrəmaniv, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alışov, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirəli Əliyev isə 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə təqsirləndirilir.

E.Qasımov "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırovun müavinidir. Hazırda T.Bağırov və digərləri barəsində məhkəmə prosesi davam edir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı