2016-12-01 10:22

Hicri-qəməri təqvimi ilə rəbiül-əvvəl ayı başlayıb

Hicri-qəməri təqvimi ilə bu gündən rəbiül-əvvəl ayı başlayır.

Hicri-qəməri təqvimi ilə bu gündən rəbiül-əvvəl ayı başlayır.

LiderXeber.az-ın məlumatına görə, bu ayda İslam tarixində bir sıra mühüm hadisələr baş verib.

Belə ki, rəbiül-əvvəl ayının 1-ci günü İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir.

Bu ayın səkkizinci günü İmam Həsən Əsgəri (ə) şəhid olur və İmam Zamanın (ə.f) imamətlik dövrü başlayıb. Həmin günü İmam Həsən Əsgərinin (ə) ziyarətini oxumaq bəyənilir. Onuncu gün
Peyğəmbərimizin (s) Həzrət Xədicə (s.ə) ilə evlilik günüdür. Həmin günü oruc tutmaq - bəyənilən əməllərdəndir. On ikinci gün Peyğəmbərin (s) 12 gün yol gedəndən sonra Mədinəyə çatdığı gündür. Bu günün iki müstəhəb əməli vardır.

On yeddinci gecə islam Peyğəmbəri (s) dünyaya gəlib. 

Allah bu ayda etdiyiniz bütün duaları qəbul etsin !

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı