2016-12-01 10:14

Bakıda yaşayış evi yandı: ölən var

Faktla bağlı araşdırma aparılır.

Bakıda yaşayış evi yanıb.

LiderXeber.az-ın məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində iki otaqlı ev 40 kv.m sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1973-cü il təvəllüdlü Tofiq Rəfibəy oğlu Səfibəyovun tüstüdən boğulmuş meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır./apa/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı