2016-11-30 15:14

Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edir

Allahşükür Paşazadə İranda zorakılıq və ifratçılığa qarşı müsəlman liderlərinin rolu mövzusunda keçiriləcək toplantıya qatılmaq üçün cümə günü İrana səfər edəcək.

Qafqaz Müsəlmanları İdarəsin sədri Allahşükür Paşazadə İranda zorakılıq və ifratçılığa qarşı müsəlman liderlərinin rolu mövzusunda keçiriləcək toplantıya qatılmaq üçün cümə günü İrana səfər edəcək.

LiderXeber.az xəbər verir ki zorakılıq və ifratçılığa qarşı müsəlman liderlərinin rolu haqqında keçiriləcək "İran və Qafqaz hövzəsi alimlərinin həmrəyliyi” adlı konfrans İranın Mədəniyyət və İslami Rabitələr Təşkilatı tərəfindən keçiriləcək.
 
QMİ sədri Qafqaz hövzəsinin 14 ailmi və nümayəndəsi ilə birgə bu toplantıya qatılacaq.
 
Bu konfransa İranın Mədəniyyət və İslami Rabitələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən, Ayətullah Xameneinin islam dünyasının işləri üzrə müşaviri və Belnəlxalq Əhli-Beyt Assambleyasının Ali Şurasının üzvü ayətullah Təsxiri, Müsəlman Məzhəblərinin Yaxınlaşması Assambleyasının baş katibi və Belnəlxalq Əhli-Beyt Assambleyasının Ali Şurasının üzvü ayətullah Əraki, Ayətullah Xameneinin dəftərxanasının beynəlxaql məsələlər şöbəsinin müavini Muhsin Qummi, Belnəlxalq Əhli-Beyt Assambleyasının baş katibi höccətül-islam Əxtəri və sair mühüm şəxslər qatılacaq./islaminsesi/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı