2016-11-30 12:16

Dua edəndə niyə əllərimizi qaldırırıq?

İmam Rza (ə) "dua edəndə niyə əllərimizi qaldırırıq” sualını belə cavablandırır.

İmam Rzanın(ə) zamanı islam dünyasında müxtəlif fərqli əqidələrin, yanlış əsaslı məzhəblərin və camaatların meydana çıxdığı bir zamana təsadüf edirdi. İmam Rza(ə) Tusda olan zaman xəlifə Məmun müxtəlif firqələrin və dinlərin başçılarını dəvət edər və beləcə imamı təhqir etmək və onun savadsızlığını sübuta yetirməyə cəhd etmək üçün müxtəlif toplantılar təşkil edərdi.
 
Səfvan ibni Yəhya deyir: Bir gün Əbu-Qurrə Zubeydi (əsl adı Musa Bin Tariq Yəmaniyy, O Məmunun dövründə hakimiyyətə tərəfdar qazilərdən olub. O həm də hədisçi idi) məndən istədi ki, imam Rza(ə) ilə mübahis üçün bir görüş alım. Mən də onun üçün izn aldım. Əbu-Qurrə imamdan halal, haram, şəriət hökmləri, vacibat və dini hökmlər haqda soruşurdu. Sonra o imamdan soruşdu: Niyə dua zamanı əlinizi yuxarı qaldırırsınız? İmam buyurdu:
 
"Allah öz bəndələrini müxtəlif ibadətlərlə (müxtəlif rituallarla) bəndəliyə çəkir. Allaha ibadət etmək üçün müxtəlif məkanlar və sığınacaqlar var.
  
Allah bəndələrini bəndəçiliyə cəlb edir sözlə, elmlə əməllər və üz tutmaqla. Həmçinin o insanları bəndəçiliyə cəlb edir namazı qibləyə qılmaq göstərişini verməklə. Allah həcci və ümrəni də Kəbəyə üz tutmaqla vacib olduğunu əmr edib. Beləcə Allah dua zamanı və istək zamanı da onları bəndəçiliyə cəlb edir. Bu da ahu-zar edərkən (dua edərkən) əllərin açıq olması, onların səmaya qaldırılması, özünü qul kimi göstərmək. Bunlar bəndəçiliyin əlaməti və Allah qarşısında alçalmağın əlamətidir.”

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı