2016-11-30 11:23

Diqqət! Spirtli içkilər 7 xərçəng növünə səbəb olur

Spirtli içkilər ən azı 7 xərçəng növünə səbəb olur.

Dünya tibb aləmində spirtli içkilərin ziyansız dozası haqda çoxdan mübahisələr gedir. Bəzi araşdırmalar göstərir ki, qırmızı çaxırın az miqdarda qəbulu hətta ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

LiderXeber.az xəbər verir ki, lakin onkoloqların fikrinə görə, spirtli içkilərin ziyansız miqdarı yoxdur. İstənilən dozada istənilən spirtli içkilərin qəbulu xərçəngin riskini artırır.

Təbii ki, tez-tez və çoxlu miqdarda spirtli içkiləri içən insanlarda bu risk daha da yüksək olur.

Amerika onkoloqlarının araşdırmaları göstərib ki, spirtli içkilər ən azı 7 xərçəng növünə səbəb olur:

- ağız boşluğu xərçəngi

- qırtlaq xərçəngi

- qida borusu xərçəngi

- qaraciyər xərçəngi

- yoğun və nazik bağırsağın xərçəngi

- süd vəzi xərçəngi.

Ümumdünya xərçəng araşdırmaları fondu xərçəngin profilaktikası məqsədi ilə spirtli içkilərin qəbulundan tam imtina etməyi tövsiyə edir./saglamolun.az/

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı