2016-11-30 11:12

Bu gün iki rayonda qaz olmayacaq

Noyabrın 30-da saat 10:00-dan 16:00-dək "Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Altıağac”, saat 10:00-dan 13:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin "Xoşbulaq” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə "Azəriqaz” İB-dən LiderXeber.az-a bildirilib. 

Qurumdan qeyd edilib ki, təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun isə Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı