2016-11-30 10:04

Metroda qorxulu anlar - Kişi özünü qatarın altına atdı

"Saat 09:20 dəqiqədə bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb”.

LiderXeber.az xəbər verir ki, bunu AzVision.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. 

Qurum rəsmisi bildirib ki, həmin şəxs 1951-ci il təvəllüdlü Nardaran sakini Əhmədov Nəsir Əlihüseyn oğlu olub:

"Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırlıb, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır”.

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı