2016-11-29 14:15

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

Bakı şəhərində pulsuz “Wi-Fi” şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub.

Bakı şəhərində pulsuz "Wi-Fi” şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub.

LiderXeber.az Report-a istinadən xəbər verir ki, 2017-ci ilin mart ayından etibarən Bakıda müəyyən edilmiş ərazilərdə pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq.

"Public free wi-fi” layihəsini reallaşdıracaq şirkətin meneceri Səfər Səfərov bildirib ki, pulsuz internet şəbəkəsi əsasən üç istiqamətdə yayılacaq: "İlkin olaraq Bayraq meydanı daxil olmaqla Dənizkənarı Milli Park, Fəvvarələr meydanı və "İçərişəhər” dövlət qoruğunda ictimai pulsuz "Wi-Fi” şəbəkəsi tətbiq olunacaq”.

Qeyd edək ki, hazırda qeyd edilən ərazilərdə kabelləşmə işləri aparılır. Yaxın vaxtlarda sınaq işlərinin keçirilməsi nəzərdə tutulur.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı