2016-11-23 12:24

Azərbaycanda süni yumurta satılır? - Açıqlama

Azərbaycana süni yumurtaların gətirilməsi ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb.

Azərbaycana süni yumurtaların gətirilməsi ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb. Süni yumurtaların insan səhhəti üçün təhlükəli olduğu bildirilir. Çində istehsal edilən yumurtalar Azərbaycana niyə gətirilr? Yerli təsərrüfatlar yumurtaya olan təlabatı ödəyə bilmir?

LiderXeber.az xəbər verir ki, azvision.az bu suallara cavab tampaq üçün mütəxəssislərə müraciət edib.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, xaricdən Azərbaycana yumurta gətirilmir və ölkə daxilində əhalinin yumurtaya olan təlabatı tam ödənilir: "Bu məlumat yalan və şayiədir. Keçən il də belə yalan xəbərlər yayılmışdı. Əgər doğurdan da Azərbaycanda süni yumurta varsa, üzə çıxartsınlar. Ölkəyə yumurta idxal olunursa, dövlət orqanlarında yoxlamalardan keçir və bu haqda məlumat olur. Amma belə bir şey yoxdur. Azərbaycan özünün yumurta təlabatını ödəyir. Hələ xaricə də yumurta ixrac etmək durumundayıq”. 

Həkim Adil Qeybulla süni yumurtanın süni züllalardan hazırlandığını qeyd edərək onun insan orqanizmi üçün təhlükəli olduğunu deyib.
"Süni yumurtanın ölkəyə idxalına yol vermək olmaz. Daxili bazar hesabına əhalinin təlabatını təmin etmək mümkündür. Bu məhsulun keyfiyyət parametləri bəlli deyil. 

GMO və süni şəkildə yetişdirilən məhsullar hələ tam öyrənilməyib və müzakirələr davam edir. Müəyyən müddət lazımdır ki, real nəticələri görək. Əgər ölkədə təbii ehtiyatlar varsa, niyə süni züllarla qidalanaq? Mümkün qədər çalışmalıyıq ki, genefondu qoruyaq”. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də ölkəmizə süni yumurtaların gətirilməsi xəbərini yalanlayıb. Bildirib ki, nazirliyə belə bir məlumat daxil olmayıb və bu, həqiqəti əks etdirmir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı