2016-11-23 09:35

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yollarda ehtiyatlı olmağı çağırıb

Ölkə ərazisində müşahidə olunan şaxtalı hava hələ bir neçə gün davam edəcək.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı-şaxtalı günlərdə sürücülərə yollarda ehtiyatlı olmağı tövsiyə edir. BDYPİ bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.

LiderXeber.az xəbər verir ki, bu barədə SalamNews-a İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır. Texniki cəhətdən nasaz olan, mövsümi qış şinləri ilə təchiz olunmamış avtomobillərin sahiblərindən, eləcədə qarlı-buzlu havalarda nəqliyyat vasitəsini idarəetmə təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, avtomobillərdən mümkün qədər az istifadə etsinlər. Yolu və meteoroloji şəraiti nəzərə alaraq düzgün hərəkət surəti seçsinlər.

Vaqif Əsədov bildirib ki, hazırda Yol Polisi güclündirilmiş iş rejimndə çalışır. Ümumiyyətlə isə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsi, hər iki oxu aparıcı olan avtomobillərdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan şaxtalı hava hələ bir neçə gün davam edəcək.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı