2016-11-22 15:40

Sumqayıtın interneti kəsildi - Rəsmi

Ötən gün axşam saatlarından etibarən Sumqayıt şəhərində internet kəsilib.

Ötən gün axşam saatlarından etibarən Sumqayıt şəhərində internet kəsilib. Artiq dünəndən başlayaraq şəhər əhalisinin internet təminatı dayandırılıb.

Aztelecom-dan LiderXeber.az-a verilən məlumata görə, 654 saylı Telefon Rabitə Qovşağında kabel xətləri qırılıb. Bu səbəbdən internetin verilişində problem yaranıb. 

654 saylı TRQ-dən verilən məlumata görə is, dənizqırağı ərazi olduğu üçün həmin əraziyə konkret bir Telefon Rabitə Qovşağı cavabdeh deyil. Hazırda problemin həlli 654 saylı qovşağa yönləndirildiyini deyən əməkdaş yalnız günortadan sonra problemin araşdırılacağını qeyd edib. 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı