2016-11-17 16:14

Mirşahin ölkəni niyə tərk edib? - Açıqlama

Telejurnalist Mirşahin Ağayevin Azərbaycanı tərk etməsinin səbəbi məlum olub.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayevin Azərbaycanı tərk etməsinin səbəbi məlum olub.

LiderXeber.az-ın xəbərinə görə, ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Publika.az-a açıqlamasında deyib ki, Mirşahin Ağayev müayinə olunmaq üçün Türkiyəyə gedib:

"Mirşahin Ağayev xaricə birdəfəlik getməyib, 3-4 günə qayıdacaq. O, Türkiyəyə müayinə olunmaq üçün gedib”.

Xatırladaq ki, bir neçə saytda Mirşahin Ağayevin ölkəni tərk etməsini əks etdirən fotosu yayımlanıb.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı