2016-11-16 16:56

Məktəbəhazırlıq qruplarında çalışan müəllimlər imtahan verib

İmtahanda 800 nəfərdən artıq müəllim iştirak edib.

Bu gün məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.

Bu barədə LiderXeber.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bakı şəhəri üzrə 3 mərkəzdə təşkil olunan imtahanda Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəbdə təşkil olunub.

Qeyd edək ki, imtahan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilib. İmtahanda 800 nəfərdən artıq müəllim iştirak edib.

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı