2016-11-16 12:39

Whatsapp-dan daha bir yenilik

"Whatsapp"dan möhtəşəm yenilik

Whatsapp şirkəti daha bir yeniliyə imza atıb. Bundan sonra bütün istifadəçilər görüntülü zənglə danışa biləcək.

LiderXeber.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, yaxın günlərdə 1 milyarddan çox istifadəçi yenilikdən istifadə edə biləcək.

Xatırladaq ki, proqramda video-zəng xidmətinin hələ 2014-cü ildən istifadəyə verilməsi barədə xəbərlər dolaşsa da, şirkət bu istiqamətdə addım atmağa tələsmirdi. Votsapın icraçı direktoru Jan Koum yeni xidmətin tətbiqi zamanı texniki problemlərlə üzləşdiklərini və bu səbəbdən geçikəcəklərini bildirmişdi.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı