2016-11-15 14:57

Whatsappda videozəng funksiyası tətbiq olunub - Rəsmi

WhatsAppa görüntülü danışma funksiyasi əlavə olunub.

WhatsAppa görüntülü danışma funksiyasi əlavə olunub.

LiderXeber.az xəbər verir ki, facebookun bir müddət əvvəl satın aldığı mesajlaşma tətbiqi olan WhatsAppa videozəng funksiyası əlavə olunub. Yeni xüsusiyyət Android, iOS və Windows əməliyyat sistemli cihazlarda istifadə edilə biləcək. Təxminən bir aydır Android cihazlarında test edilən görüntülü danışma tətbiqi, bu gündən etibarən bütün istifadəçilərə təqdim olunacaq. Dünyada 1 milyarddan çox istifadəçisi olan Whatsapp, gec qatıldığı videozəng tətbiqi ilə istifadəçilərinin sayına görə rəqiblərini üstələyəcəyinə ümid edir.

Facebook Messenger, Line və Skype kimi tətbiqlər bir müddətdir videozəngi aktivləşdirib. Qısa müddət əvvəl isə iOS cihazlarına GIF dəstəyi gətirən WhatsApp ayrıca Snapchata bənzər özəlikləri də test edir. Yaxın günlərdə istifadəçilərin hərəkətli 'stikerdəndə istifadə edə biləcəklər. Videozəng tətbiqi ən gec bir neçə gün içində cihazınıza gələcək yeniləmə ilə aktivləşəcək.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı