2016-11-15 13:28

Azərbaycanda bu şəxslərə şad xəbər: maaşları qaldırılacaq

Bu işçilərin maaşı 40% artırılacaq

Azərbaycanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin əmək haqqı gələn il yanvarın 1-dən artımla hesablanacaq.

LiderXeber.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən mətbuat konfransında bildirib ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildikdən sonra qiymətləndirmədən keçən bir müəllimin əmək haqqının nə qədər artacağını demək olmaz:

"Çünki əmək haqqı hesablanarkən bir sıra kriteriyalar - müəllimin stajı, dərs yükü, ali təhsilinin, fəxri adının olub-olmaması və s. nəzərə alınır. Ümumilikdə, müəllimlərin maaşı 40 faiz artacaq. Müəllimlərin maaşı Nazirlər Kabinetinin qərarına uyğun hesablanır".

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı