2016-11-08 16:51

Facebook-da çoxdan gözlənilən yenilik

Facebook-dan yeni mühüm funksiya.

Facebook şirkəti yeni mühüm funksiyanın sınağının keçirildiyini bəyan edib.

LiderXeber.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, yeni funksiya daha çox iş axtaranlar üçün faydalı olacaq.

Belə ki, işə götürənlər sosial şəbəkədə vakansiya elan edəcək, iş axtaranlar isə təqdim edilən ərizəni dolduraraq müraciət edəcək.

Facebook şirkəti bununla istifadəçilərinin sayını daha da çoxaltmaq niyyətindədir.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı