2016-11-04 15:52

Kəsmikli-limonlu peçenye

Bu peçenye çox asan və tez hazırlanır.

Bu peçenye çox asan və tez hazırlanır.

Lazım olan məhsullar:

- Kəsmik - 250 qr

- Şəkər tozu - 100 qr

- Yumurta - 2 dənə

- Bal - 1 xörək qaşığı

- Kərə yağı - 100 qr

- Un - 1 stəkan

- Qabartma tozu - 1 çay qaşığı

- 1/2 limon sedrası (qabığı)

Hazırlanması:

1. Kəsmik blenderlə əzilir, sonra yumurta, şəkər tozu əlavə olunur və blenderlə yaxşı qarışdırırlır.

2. Kütləyə ilıq (isti olmamalıdır) kərə yağı, bal, sürtgəcdən keçirilmiş 1/2 limonun sedrası əlavə olunur və qarışdırılır.

3. Ayrı qabda un qabartma tozu ilə qarışdırılır və yağlı-kəsmikli kütləyə əlavə olunur. Xəmir yoğrulur. Xəmir yumşaq və yüngül alınır.

4. Xəmirdən xırda kürəciklər düzəldilir və perqament (və ya xüsusi kağız) sərilmiş tavaya düzülür.

5. Sobanı əvvəlcədən 180-2000C kimi qızdırıb peçenyeni 15-20 dəqiqə ərzində bişiririk.

6. Peçenye soyuyandan sonra üzərinə şəkər kirşanı tökürük.

Nuş olsun!

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı