2016-11-02 16:54

Məşhur azərbaycanlı jurnalist NTV-yə keçdi

İradə Zeynalova NTV-nin aparıcısı olacaq.

Teleaparıcı İradə Zeynalova NTV telekanalına keçir.

LiderXeber.az xəbər verir ki, bu barədə "İnterfaks”a vəziyyətdən xəbərdar olan mənbə bildirib. 

"Yaxın günlərdə İradə Zeynalova NTV telekanalında efirə çıxacaq”, - agentliyin həmsöhbəti deyib.

NTV-nin mətbuat xidmətindən aparıcının telekanala keçdiyini təsdiqləsələr də, hansı verilişi aparacağını dəqiqləşdirməyiblər, sadəcə, bu barədə daha sonra məlumat veriləcəyi bildirilib. 

İradə Zeynalova əslən azərbaycanlı olan Rusiya teleaparıcısıdır. 2012-ci ildən 2016-cı ilin iyuluna qədər "Birinci kanal”da "Vremya” ("Zaman”) verilişinin bazar günləri efirə çıxan buraxılışının aparıcısıdır. 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı