2016-11-02 10:48

WhatsApp-da yeni virus yayılıb - Xəbərdarlıq

“WhatsApp” messencerində yeni virus yayılıb.

"WhatsApp” messencerində yeni virus yayılıb.

LiderXeber.az Gununsesi.info-ya istinadən bildirir ki, virus linkə keçid aldıqdan sonra istifadəçinin şəxsi məlumatlarını (foto, video, login və parollar) toplayır.

Əgər sizə belə ismarıc gəlibsə daha diqqətli olun.

Mükafat qazandığınız barədə ismarıc almısınızsa sevinməyə tələsməyin. İsmarıcı açsanız şəxsi məlumatlarınızın hakerlərin əlinə keçə bilər.

Sürətlə yayılan virusun qarşısının alınması üçün "Whatsapp” istifadəçiləri diqqətli olmalıdırlar.

Qeyd edək ki, son vaxtlar sözügedən şəbəkədə bir neçə oxşar virus növləri yayılıb.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı