2016-11-01 12:18

Bakı və Abşeronda televiziya kanallarının analoq yayımı dayandırılıb

Bu gündən Bakı və Abşeron yarımadasında televiziya kanallarının analoq yayımı dayandırılıb.

Bu gündən Bakı və Abşeron yarımadasında televiziya kanallarının analoq yayımı dayandırılıb.

Milli Televiziya və Radio Şurasından (MTRŞ) LiderXeber.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı