2016-11-01 11:55

Bakının 3 rayonunda növbəti səyyar qəbul keçiriləcək

Noyabrın 4-də paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə səyyar qəbul keçiriləcək.

Noyabrın 4-də paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə səyyar qəbul keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən LiderXeber.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Sabunçu rayonu 252 nömrəli tam orta məktəbdə (Ünvan: Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 31) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı