2016-10-28 13:48

“Twitter” “Vine” platformasını bağlayır

“Twitter” şirkəti qısa videolar servisi “Vine”ı bağlayacağını elan edib.

"Twitter” şirkəti qısa videolar servisi "Vine”ı bağlayacağını elan edib.

LiderXeber.az "Technote.az”-a istinadən xəbər verir ki, servisin komanda heyətinin "Medium”dakı bloqundakı verdiyi məlumata əsasən, yaxın bir neçə ay ərzində mobil tətbiq tamamilə söndürüləcək. 

"Vine”ın komanda heyətinin açıqlamasına görə, hazırda servisin tətbiq, veb-saytını və servisdə olan videoları heç bir təhlükə gözləmir. 

"İstifadəçilər əvvəlki kimi servisə daxil olub, öz qiymətli videolarını yükləyə bilərlər. İstifadəçilərin videoları izləyə bilmələri üçün "Vine”ın veb-saytı, hələ ki onlayn şəkildə qalacaq. Servisin tamamilə bağlanmasından əvvəl isə komanda istifadəçilərə qabaqcadan xəbər verəcək”.

Qeyd edək ki, "Twitter”, "Vine” servisini 2013-cü ildə işə salmışdı.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı