2016-10-28 09:38

Tanınmış müğənni reanimasiyaya yerləşdirildi - FOTO

Səyyad Əlizadə reanimasiyaya yerləşdirildi.

Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.

LiderXeber.az-ın məlumatəna görə, bu barədə Azadinform-a müğənninin yaxınları xəbər verirb. Onların sözlərinə görə, müğınninin halı saat 23:00 radələrində qəfildən pisləşib. Onu evində müayinə edən təcili yardım həkimləri C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə yerləşdiriblər. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb.

"Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, - deyə müğənninin ailə üzvləri deyib.



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı