2016-10-27 14:11

“Respublika” qəzetindən qalmaqallı səhv: nazir təkzib etdi

Nazirin adından saxta məqaləni dövlət qəzetində kim yazıb?

"Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi Təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib.
 
LiderXeber.az xəbər verir ki, Təhsil Nazirliyinin Mətbuat xidməti rəsmi açıqlama yayaraq, qeyd olunan yazının təhsil naziri Mikayıl Cabbarova aid olmadığını bildirib:
 
"Təhsil Nazirliyinin Mətbuat xidməti  bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı "Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı