2016-10-26 11:12

Space TV-nin qalmaqallı verilişi bağlandı

Space televiziyasında yayımlanan “Bu, maraqlıdır” verilişi bağlanıb.

Space televiziyasında yayımlanan "Bu, maraqlıdır” verilişi bağlanıb.

LiderXeber.az "qafqazinfo”ya istinadən Space TV-nin sözügedən verilişlə bağlı açıqlamasını təqdim edir:

"Yeni mövsümdə kanalda "Bu, maraqlıdır” adlı musiqili-əyləncəli proqram hazırlanmışdı.

Aktrisa Ülviyyə Əliyeva və Ramiz Alışovun aparıcılığı ilə bu veriliş ilk buraxılışlarında qeyri-adi qabiliyyətə malik olan insanları proqrama cəlb edirdi. Və doğrudan da bu, maraqlı idi. Sonuncu verilişdə çox guman ki, mövzu qıtlığından müəyyən zövqsüzlüyə yol verilmişdi. Televiziya rəhbərliyi bu halın tendensiya xarakteri daşımaması üçün "Bu, maraqlıdır” verilişinin bağlanması haqqında qərar qəbul edib”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı