2016-10-25 16:48

Azərbaycanda avtomobil yolu çökdü - FOTO

Yeni istifadəyə verilən yol çökdü.

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.

LiderXeber.az xəbər verir ki, bu barədə salamnews.org saytı xəbər yayıb. Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyatı qurumlar gəliblər.

İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır.




Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı