2016-10-21 14:42

Bakı İstintaq Təcridxanasında qiyam? - Rəsmi Açıqlama

İstintaq təcridxanasında qiyam olub?

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında və bəzi cəzaçəkmə müəssisələrində məhkumların qanunazidd hərəkət etməsi və nəticədə qarşıdurma yaranması barədə yayılan məlumatlara münasibət bildirib.
 
LiderXeber.az xəbər verir ki, məlumatda son günlərdə bəzi kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeçiliyində olan ayrı-ayrı müəssisələrdə, o cümlədən 13 və 6 saylı cəzaçəkmə müəssisələrində, Bakı İstintaq təcridxanasında məhkumlara qarşı qanuna zidd hərəkətlərin törədilməsi, cəza çəkənlər arasında kütləvi iğtişaşların baş verməsi, müəssisələrə xüsusi təyinatlı dəstələrin yeridilməsi, məhkumlardan, eləcə də onlara baş çəkən qohumlarından pul tələb edilməsi kimi həqiqəti əks etdirməyən məlumatlar dərc edilir.
 
"Penitensiar xidmətin rəhbərliyi və kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaq məqsədi daşıdığını bildirir”, - məlumatda bildirilib.
 
Məlumatda qeyd olunub ki, bəzi saytlarda "Bakı istintaq təcridxanasında qiyam: qoşun yeridildi” başlıqlı məlumatın heç bir əsası yoxdur:
 
"Tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur”./apa/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı