2016-10-21 10:11

Azərbaycanın rayonlarına qar yağdı - VİDEO

Daşkəsəndə yağan qar nəticəsində bütün yer ağarıb.

Azərbaycanın dağlıq rayonlarına sulu qar, qar yağıb.
 
LiderXeber.az-ın məlumatına görə, Daşkəsəndə yağan qar nəticəsində bütün yer ağarıb.
 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bu gün rayonlara qar yağacağı ilə proqnoz verilmişdi. Nazirlikdən bildirilib ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.


Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı